Berbatov Rusiyada oynayacaq?

"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Dimitar Berbatov daha bir klubdan təklif alıb. Qol.Az-ın "Lifesports"a istinadən verdiyi məlumata görə, bolqarıstanlı futbolçu "Zenit" (Peterburq) klubunun maraq dairəsinə düşüb. Peterburq təmsilçisi 31 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 5 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. "Mançester Yunayted"in əsas heyətindən kənarda qalan futbolçu isə hələlik bu təklifə cavab verməkdə tələsmir. Buna səbəb kimi isə futbolçu ilə daha bir neçə komandanın yaxından maraqlanması göstərilir.

Qeyd edək ki, "Qalatasaray" və "PSJ" klublarının da Berbatovu transfer etmək istədiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31