"Qalatasaray"dan növbəti transfer

Milli.Az İdmantv.az-a istinadən xəbər verir ki, son olaraq Həmit Altıntop və Burak Yılmazı heyətinə qatan "Qalatasaray" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Cim Bom" "Kayserispor"un oyunçusu Nordin Amrabatla 5 illik müqavilə imzalayıb. Türkiyə nəhəngi mərakeşli yarımmüdafiəçi üçün Kayseri təmsilçisinə 8 milyon avro ödəyəcək. Futbolçu ilk mövsümündə 1 milyon avro qazanacaq. Növbəti 4 ilin hər birində isə onun qazancı 100 min avro artacaq. Amrabat yeni komandasında 53 nömrəli formanı geyinəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31