Məşhur türkiyəli futbolçuya inanılmaz təklif

"Real" (Madrid) klubunun türkiyəli futbolçusu Nuri Şahin İngiltərədən təklif alıb.qol.Az-ın məlumatına görə, gənc oyunçu "Mançester Yunayted" klubunun maraq dairəsinə düşüb.Braziliyanın "Sao Paulo" klubundan Lukası transfer edə bilməyən "qırmızı şeytanlar" bütün diqqətini Nuriyə yönəldiblər. Mançester təmsilçisi türkiyəli futbolçunun keçidi üçün 20 milyon avro xərcləməyə hazırdı.Qeyd edək ki, ötən mövsüm "Borussiya" (Dortmund) klubundan "Real"a transfer olunan Şahin keçirdiyi 4 oyunda cəmi bir qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31