"Neftçi"nin rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasında III mərhələnin püşkatması keçirilib.  Apasport.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan "Neftçi"nin püşkdə bəxtinin gətirdiyini demək olar. Hər halda, potensial rəqibləri arasında "Jilina" (Slovakiya) - "Hapoel" (Kiryat, İsrail) cütünün qalibini ən münasib saymalıyıq. Özü də ilk oyunda 3:0 hesabı ilə qalib gəlməklə, cütün taleyini demək olar həll edən "Neftçi"nin növbəti mərhələdə ilk oyununu səfərdə keçirməyi xeyrinə olmalıdır.

Çempionlar
1. "Maribor" (Sloveniya) - "Jelezniçar" (Bosniya və Herseqovina) cütünün qalibi - BATE (Belarus) - "Vardar" (Makedoniya) cütünün qalibi
2. ÇFR (Rumıniya) - "Slovan" (Çexiya) - "Şaxtyor" (Qazaxıstan) cütünün qalibi
3. "Anderlext" (Belçika) - "Şemrok Rovers" (İrlandiya) - "Ekranas" (Litva) cütünün qalibi
4. "Buduçnost" (Çernoqoriya) - "Şlask" (Polşa) cütünün qalibi - TNS (Uels) - "Helsinqborq" (İsveç) cütünün qalibi
5. "Skenderbeu" (Albaniya) - "Debretsen" (Macarıstan) cütünün qalibi - "Dudelanj" (Lüksemburq) - "Zalsburq" (Avstriya) cütünün qalibi
6. "Uliss" (Ermənistan) - "Şerif" (Moldova) cütünün qalibi - "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Xorvatiya) cütünün qalibi
7. "Seltik" (Şotlandiya) -
HİK (Finlandiya) - "Reykyavik" (İslandiya) cütünün qalibi
8. "Molde" (Norveç) - "Ventspils" (Latviya) cütünün qalibi - "Flora" (Estoniya) - "Bazel" (İsveçrə) cütünün qalibi
9. "Jilina" (Slovakiya) - "Hapoel" (Kiryat, İsrail) cütünün qalibi - "Neftçi" (Azərbaycan) - "Zestafoni" (Gürcüstan) cütünün qalibi
10. "Valletta" (Malta) - "Partizan" (Serbiya) cütünün qalibi - AEL (Kipr) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

Qeyri-çempionlar
1. "Dinamo" (Ukrayna) - "Feyenoord" (Hollandiya)
2. "Fənərbağça" (Türkiyə) "Vaslui" (Rumıniya)
3. "Mozervell" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan)
4. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika)

Qeyd edək ki, III mərhələdə ilk oyunlar iyulun 31-də, cavab oyunları 1 həftə sonra keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31