Avroliqa: "Xəzər Lənkəran" qənimini "Fırtınalar meydanı"nda gözləyir

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu gün "Xəzər Lənkəran"ın qonağı Polşanın "Lex" klubu olacaq. Cənub klubu 2008-ci ildə onu UEFA kubokunda mübarizədən hər 2 oyunda qalib gəlməklə kənarlaşdıran "Lex"lə 3-cü duelə çıxacaq.Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bu dəfə komandalar Bakıda Tofiq Bəhramov adına Respublika stadionda yox, Lənkərandakı mərkəzi arenada üz-üzə gələcək. Lənkəran təmsilçisi doğma meydan amilindən maksimum yararlanmaqla görüşdən sərfəli nəticə ilə ayrılmağa çalışacaq. Avroliqanın cari mövsümündə uduzmayan cənublular Lənkəranda hələ məğlubiyyət acısı dadmayaraq, hər 3 oyununu heç-heçə başa vurub. "Xəzər Lənkəran" "Lex"i yenərsə, həm "Fırtınalar meydanı"nda avrokubok matçında ilk qələbəsini qazanacaq, həm də rəqibinin ölkəmizdə ilk məğlubiyyəti reallaşdıracaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları bir həftə sonra - iyulun 26-da keçiriləcək.

19 iyul

20:00. "Xəzər Lənkəran" (AZƏRBAYCAN) - "Lex" (POLŞA)
Baş hakim: Robert Şörgenhofer (Avstriya)
Lənkəran. Şəhər mərkəzi stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31