Maradona: "Rikelme xəyanət etdi"

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, "Perros de la Calle"yə danışan Maradona "Boka Xunyors"un aparıcı oyunçusu Roman Rikelmenin komandadan ayrılacağı ilə bağlı qərarını kəskin etirazla qarşılayıb: "Rikelmeni bu qərarına görə qınayıram. O, Argentinanın köklü klublarından olan "Boka Xunyors"a xəyanət etdi. Mənim Rikelme ilə heç bir problemim yoxdur. Bu məsələ ilə bağlı onunla söhbətim də olmayıb. Sadəcə olaraq Rikelmenin bu qərarını anlamadım". Qeyd edək ki, Libertadores kubokunun finalında "Korintians"a məğlub olan "Boka Xunyors"un 34 yaşlı futbolçusu görüşdən sonra komandadan ayrılacağını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31