PSJ-nin idman direktoru: "Artıq tariximizi o yazacaq”

Tyaqo Silvanı heyətinə qatan Fransanın PSG klubu İtaliya "Milan"ının daha bir üzvünü transfer edib. Paris klubu Zlatan İbrahimoviçlə də anlaşıb. Bu barədə PSJ-nin idman direktoru Leonardo məlumat verib: "Zlatan İbrahimoviçin transferini tamamladıq. Artıq tariximizi o yazacaq". Futbolçunun meneceri Mino Rayola da xəbəri təsdiqləyib: "Zlatan da daxil olmaqla hər kəs çox xoşbəxtdir. Parisin gözəl bir şəhər olduğunu söyləmək üçün artıq daha bir səbəbimiz var". Qeyd edək ki, İbrahimoviç 2010-2011 mövsümündə "Barcelona"dan "Milan"a icarəyə verilib və 2011-ci ildə bu kluba transfer olunub. O, Milan klubunda 61 oyun keçirib və 42 qol vurub. İbra əvvəllər İsveçin "Malmö", Hollandiyanın "Ajax", İtaliyanın "Juventus" və "İnter" klublarında top qovub. İsveç millisində 80 oyun keçirən ulduz futbolçu 33 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31