Prezident kuboku uğrunda VIII çövkən milli oyunu başa çatır
20 Dekabr 2013 17:16 İdmanCari il dekabrın 16-dan Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışlar keçirilir. Qeyri-maddi mədəni irsimizin və milli atüstü oyunlarımızın təbliğində böyük önəm kəsb edən və 2006-cı ildən ənənəvi olaraq keçirilən yarışlarda bu il Bakı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdamdan 20 komanda çövkən, sürpapaq, papaq, atüstü güləş və yaylıq oyunu üzrə qüvvələrini sınayır.
Dekabrın 19-da çövkən oyunu üzrə Ağdam və Şəki komandaları arasında yarımfinal oyunu keçirilib. 3-2 hesabı ilə qalib gələn Şəki komandası yarışın üçüncüsü olub. Dekabr 20-də isə final oyunu keçirilib. ("OLAYLAR"İA)