UEFA prezidenti: "Mən olsam, "Qızıl top"u Riberiyə verərdim"
20 Dekabr 2013 16:08 İdmanUEFA-nın prezidenti Mişel Platini "Qızıl top" mükafatı üçün favoritini açıqlayıb. Qol.az-ın FİFA-nın saytına istinadən verdiyi məlumata görə, o, builki mükafata "Bavariya"nın futbolçusu Frank Riberini layiq görüb:
"Kriştianu Ronaldu və Lionel Messi çox yaxşı oyunçulardır. Amma Riberi bu il daha yaxşı idi. Mən olsam, bu mükafatı ona verərəm. Tarixin ən maraqlı "Qızıl top" yarışı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31