Real Madriddən Ramosa şad xəbər

Həftə sonu oynanan və 2-2 hesabı ilə bitən Osasuna-Real Madrid qarşılaşmasının 45-ci dəqiqəsində 2-ci sarı kart görən Serxio Ramosun 1-ci sarı kartı İspaniya Futbol Federasiyasının Disiplin Komitəsi tərəfindən ləğv edilib.

Real Madrid klubunun rəsmi internet səhifəsində yayılan xəbərdə Serxio Ramosun həftə sonu oynanılacaq Valensiya ilə oyunda forma geyinə biləcəyi bildirilib.

İspaniya Futbul Federasiyasının Disiplin Komitəsi cəzanın ləğv edilmə səbəbi kimi oyunun görüntüləri izləndikdən sonra Ramosun rəqibinə etdiyi hərəkətin oyunçuya qarşı olmadığını irəli sürərək sarı kartı ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31