Arda Turan Bakıya gələcək
19 Dekabr 2013 17:07 İdmanMadrid "Atletiko"su yenidən Bakıya gələcək. La Liqa təmsilçisinin ikinci dəfə Azərbaycana səfəri yaya planlaşdırılır. Milli.Az dailysport-a istinadən xəbər verir ki, hələ ötən il aprelin 30-da "Atletiko" yoldaşlıq oyunu üçün ölkəmizə gəlmiş və "Bakı"ya 3:0 hesabıyla qalib gəlmişdi.
İspanlar bu dəfə Bakıda ən azı 2-3 həftə qalacaq. Səfər gələn il ya iyun, ya da iyul ayında gerçəkləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31