Droqba: "Mourinyo məni Avropanın ən yaxşısı etdi"
19 Dekabr 2013 16:20 İdman"Qalatasaray" klubunun hücumçusu Didye Droqba sabiq baş məşqçisi Joze Mourinyo haqda danışıb. Qol.Az-ın məlumatına görə, "The Sun"a müsahibə verən Droqba portuqaliyalı mütəxəssisin onu Avropanın ən yaxşısı etdiyini bildirib: "Çelsi" məni transfer edərkən oyunumu izləməyə Mourinyo gəlmişdi. O, mənə "əgər Tyeri Anri və Rud van Nistelroy kimi ulduz futbolçu olmaq istəyirsənsə, "Çelsi"yə gəlməlisən" dedi. Bəli, mən Fransada yaxşı oyunçu idim. Lakin Mourinyo məni Avropanın ən yaxşısı etdi. Bu səbəbdən onun üçün dünyanın sonuna qədər gedə bilərəm".
Qeyd edək ki, 2004-2012-ci illərdə "Çelsi"nin şərəfini qoruyan Droqba keçirdiyi 371 oyunda 157 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31