Dzeko: "Aqueronun yoxluğu böyük itkidir, ancaq..."
19 Dekabr 2013 15:14 İdman"Mançester Siti"nin hücumçusu Edin Dzeko komanda yoldaşı Serxio Aqueronun zədələnməsinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, bosniyalı futbolçu bildirib ki, Aqueronun yoxluğu komanda üçün bpyük itkidir: "Aquero bu mövsümü çox yaxşı keçirirdi. Bir sıra qollar vururdu, təəssüf ki, zədələndi. Bizim üçün çox önəmli futbolçudur. Artıq oyunlara onsuz çıxmalı və qələbə qazanmalı olacağıq. Onun yoxluğu böyük itkidir, eyni zamanda oynamaq istəyən digər futbolçular üçün yaxşı şansdır".
Qeyd edək ki, "Arsenal"la görüşdə zədələnən Aqueronun 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31