Azərbaycan millisi FİFA-nın reytinqində irəlilədi
19 Dekabr 2013 13:52 İdmanFİFA milli komandaların 2013-cü il üçün sonuncu reytinq cədvəlini açıqlayıb. Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib. Noyabr ayının cədvəli açıqlandıqdan sonra heç bir oyuna çıxmamasına baxmayaraq, aktivində 363 xal olan millimiz 94-ci pillədə qərarlaşıb. Buna Kuba və Dominikan Respublikalarının xeyli pillə aşağıya düşməsi səbəb olub. Əvəzində Səudiyyə Ərəbisdan isə 12 pillə irəliyərək (87) bizi qabaqlayıb.
Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya yığması mövqeyini qoruyaraq ikinci, Argentina isə üçüncüdür. trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31