Qvardiola: "Bu, Haynkesin uğuru olacaq"
19 Dekabr 2013 19:39 İdman"Bavariya"nın baş məşqçisi Pep Qvardiola klublararası dünya çempionatının finala yüksəlməsi ilə bağlı açıqlama verib. Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis bu uğuru komandanın keçmiş çalışdırıcı Yupp Haynkesə həsr etdiklərini deyib: "Finala çıxmaq asan görünsə də, belə olmadı. Komandam bu mərhələyə yüksələcək oyun nümayiş etdirdi. Bu finalı Yupp Haynkesə həsr edirəm. Çünki "Bavariya" ötən mövsüm Çempionlar Liqasının qalibi olduğu üçün turnirdə iştirak etdi. Mən sadəcə bura iki oyuna görə gəlmişəm. Əgər kuboku qazansaq, bu, Haynkesin uğuru olacaq".
Qeyd edək ki, Münhen təmsilçisi finalda "Raca Kasablanka" qarşılaşacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31