"Barselona" İnyesta ilə razılığa gəldi
19 Dekabr 2013 19:24 İdman"Barselona" uzun müddətdir ki, danışıqlar apardığı futbolçusu Andres İnyesta ilə müqaviləni yeniləmək barədə razılığa gəlib. Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, ispan yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2018-ci ilə qədər uzadılacaq. Rəsmi imzalanma mərasiminin bu il başa çatmadan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, A.İnyesta Kataloniya klubunda ən çox oyun keçirən 5-ci futbolçudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31