İngiltərə millisinə dünya kuboku zərbəsi
18 Dekabr 2013 14:34 İdmanBöyük Britaniyanın haya yolları İngiltərə milli komandasını 2014-cü ilin yayında Braziliyada keçiriləcək dünya kuboku yarışlarına aparmaqdan imtina edib. İngiltərənin "The Sun" qəzetinin yazdığına görə Böyük Britaniya hava yolları İngiltərə milli komandasına əllərində təyyarə olmadığını bildirib. Bir il davam edən müzakirələrdən sonra İngiltərə Futbol Federasiyası aldığı cavabdan təəccüblənib. İngiltərə milli komandasının gözlənilməz vəziyyətdə "Emirates" ilə Braziliyaya gedəcəkləri bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, İngiltərə dünya kubokunu qazanacağı halda başqa bir hava yolları şirkəti ilə ölkəyə qayıdarsa İngiltərə ayağa qalxacaq.(OLAYLAR İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31