"Fənərbaxça"nın futbolçusu ölkəsinin ən yaxşısı seçildi
18 Dekabr 2013 18:57 İdman"Fənərbaxça"nın seneqallı futbolçu Musa Sou öz ölkəsinin ən yaxşı oyunçusu seçilib. Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu səsvermədə "Çelsi"dən Demba Ba, "Monako"dan İbrahima Tureni geridə qoyaraq bu ada layiq görülüb.
O, 269 səs yığaraq ölkəsinin "Qızıl top"unu qazanıb.
Qeyd edək ki, M.Sou bu mövsüm 8 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31