"Qalatasaray"dan 7 milyon avroluq rəsmi təklif
18 Dekabr 2013 19:34 İdmanÇempionlar Liqasında mübarizəni davam etdirən "Qalatasaray" transfer üçün ilk rəsmi təklifini gerçəkləşdirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Cim-Bom" Brazliyanın "Qremio" klubunun futbolçusu Aleks Telles üçün 7 milyon avro təklif edib. 21 yaşlı gənc oyunçu Braziliyanın ən yaxşı müdafiəçilərindən hesab olunur. O, bu mövsüm ölkə çempionatından 32 matçda forma geyib.
Qeyd edək ki, A.Telles ilə bəzi Avropa klubları da maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31