"Qvardiolaya əvəzləyici tapmaq asan olmadı"

"Barselona" klubunun prezidenti Sandro Rosell sabiq baş məşqçiləri Pep Qvardiola haqda danışıb. Qol.Az-ın məlumatına görə, Rosell Qvardiolaya əvəzləyici tapmaqda çətinlik çəkdiklərini bildirib: "Qvardiolaya əvəzləyici tapmaq asan olmadı. O, "Barselona"da bütün uğurları qazanmışdı. Onun uğurlarını təkrarlamaq hər kəsə çətin görünür. Tito Vilanovaya gəldikdə isə o hər zaman ürəyimizdə yaşayacaq".
Qeyd edək ki, 4 il "Barselona"nı çalışdıran Qvardiola 2011/2012 mövsümünün sonunda komandadan ayrılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31