"Mən heç vaxt belə müsahibə verməmişəm"
16 İyul 2012 12:49 İdmanDünyanın ən yaxşı futbolçusu olan Lionel Messinin şok açıqlamasının tezliklə əks-sədası çıxıb. Apasport.az saytının məlumatına görə, "Barselona"nın 25 yaşlı hücumçusu guya onun müsahibəsini dərc edən Macarıstanın "Sport Kipes" jurnalını məhkəməyə verməyə hazırlaşır. Messinin sözlərinə görə, bu jurnal tirajını artırmaq məqsədilə onun adından yalandan müsahibə dərc edib. Orada əsas diqqəti çəkən fikir Lionelin "Barselona"nın Akademiyasında olduğu zamanı onu çoxlarının axmaq saymağı idi: "Mən heç vaxt belə müsahibə verməmişəm. Orada yazılanların hamısı ağ yalandır. Mən bu jurnalı yalana görə məhkəməyə vermək hüququndan istifadə edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31