Muslera yox, yerində Eray var!
4 Noyabr 2013 14:44 İdmanİstanbulun "Qalatasaray" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, cümə günü keçirilən son çempionat oyununda "Konyaspor"la keçirilən qarşılaşmada ciddi zədə alan Fernando Muslera, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Artıq komandanın həkimləri də bu barədə rəsmi rəylərini elan ediblər. Bu isə o deməkdir ki, "Qalatasaray"ı UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Kopenhagen"lı keçiriləcək qarşılaşmada və bazar günü "Fənərəbaxça" ilə oynanılacaq derbi oyununda ciddi çətinliklər gözləyir. Baş məşqçi Roberto Mançini çətin seçim qarşısında qalsa da, sonda məşqçilər korpusu "Qalatasaray"ın qapısının 22 yaşlı Eray İşcana həvalə edilməsinə qərar veriblər. 22 yaşlı qolkiperin sabahkı qarşılaşmada ideal formada olması üçün başda Taffareal olmaqla məşqçilər korpusu ciddi çalışmalara başlayıblar.