“Barselona”da Messi problemi
4 Noyabr 2013 13:18 İdman"Barselona"nın futbolçusu Lionel Messinin son oyunlarda əvvəlki formasından uzaq olması komanda yoldaşlarını da narahat edib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu səbəbdən Kataloniya klubunun kapitanları Karles Puyol, Xavi, Viktor Valdes və Andres İnyesta argentinalı futbolçu ilə ayrılıqda görüşməyə qərar veriblər.
Onlar görüş zamanı Messini probleminin nə olduğunu öyrənməyə çalışacaq və bu problemin həlli üçün ona dəstək olacaqlar.
Qeyd edək ki, ulduz futbolçu son dörd matçdır, forma geydiyi oyunlarda qol vura bilmir. Bu səbəbdən də o, klubun azarkeşləri tərəfindən tənqid olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31