Aqil Məmmədov: "Nəticədən və oyundan razıyam"


Topaz Premyer Liqasının XII turunun AZAL ilə oyunundan sonra "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşma barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi oyundan razı qaldığını vurğulayıb: "Maraqlı oyun oldu. Qol imkanlarımız az oldu, amma yarada bilərdik. Nəticədən və oyundan razıyam. Komandada qələbə əzmi var idi, sona kimi mübarizə apardılar. Pərdis Fərcad-Azad ötən mövsüm bizə çox kömək elədi, ona görə bu mövsüm də ümid edib 90 dəqiqə oynadırıq. Qapıya zərbə endirməsə də, oyunda özünü yaxşı tərəfdən göstərdi. Hücumçu üçün qol imkanını yarımmüdafiə xətti yaratmalıdır. Yarımmüdafiədə sürətli futbolçularımız var. Fiziki cəhətdən hazır saydığımız futbolçuları heyətə daxil etdik. Samir Abasov və Aleksandr Çertoqanov birlikdə oynayanda komandamız məğlub olmur. Aqşin Muxtaroğlu çox qaçır, lakin faydalı iş əmsalı aşağıdır. Ötürmələrindən narazıyam, bəzən çox bəsit səhvlər edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31