Qurban Qurbanov: "Bir daha gördük ki, çempionat çox ağırdır"
4 Noyabr 2013 10:47 İdman"Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra deyib. Baş məşqçi rəqiblərinin yaxşı oynadığını bildirib: "Qəbələ" sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31