Vaqif Sadıqov: "Komandamızın yarısı yox idi"

"Növbəti oyunlarda mütləq qələbə qazanıb psixoloji vəziyyətimizi düzəltməliyik. Komanda əlindən gələni etdi, qələbəyə yaxın idik. Yolumuza davam edirik". Siasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov "Sumqayıt"la oyundan sonra deyib. O, bu matçda xal itirdiklərini qeyd edib: "Komanda üzvlərini fərqləndirmək istəmirəm. Zədəli futbolçular tədricən heyətə dönür. İlk hissədə qol epizodlarımız oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. Komandamızın yarısı yox idi, hücumçusuz oynayırdıq. Bu gün çempionatda autsayder sayıla biləcək komanda yoxdur. "Sumqayıt" "Qəbələ"ni məğlub edib, "Neftçi" və "Xəzər Lənkəran"dan xal alıb. Bugünkü oyunda xal itirdiyimizi düşünürəm. "Sumqayıt" çox yaxşı komandadır, futbolçuları bir çox məşqçilərin diqqət mərkəzindədir. Cinah oyunçularımızı, hücumçu və yarımmüdafiəçilərimizi əvəzləyə bilmərik. İqbekoyi artıq neçənci oyundur ki, hücumçu mövqeyində oynayır. Oskars Klava 4-cü sarı vərəqə almaqla "Qarabağ"la oyun öncəsi bizi pis vəziyyətə qoydu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31