Yuri Syomin: "Rəqib səhvlərə görə bizi cəzalandırdı"
4 Noyabr 2013 10:43 İdmanTopaz Premyer Liqasının XII turunun "Qarabağ" ilə oyunundan sonra "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin qarşılaşma barədə danışıb. Siasport.az saytının məlumatına görə, mütəxəssis oyunun maraqlı keçdiyini qeyd edib: "Çox maraqlı oyun oldu. Təəssüf ki, matç bizim xeyrimizə başa çatmadı. Müdafiədə çox səhvlər buraxdıq, rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31