Bakıda yeni futbol məktəbi açılır

Dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açan Realmadrid Fondu 4 noyabr tarixində Gənclər və idman Nazirliyi  ilə birgə olaraq "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" adlı  sosial proqramı çərçivəsində "Vətən" sosial futbol məktəbinin rəsmi açılış mərasimini həyata keçirir. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, məktəbin rəsmi açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Realmadrid Fondunun vitse- prezidenti Enrique Sanches, AFFA-nın baş katibi Elxan Məmmədov və digər rəsmi şəxslər iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31