"Monako"dan "Arsenal"ın hücumçusuna 40 milyon avro
1 Noyabr 2013 14:42 İdmanFransanın "Monako" klubu qışda transfer etmək istədiyi futbolçunun adını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Monako təmsilçisi "Arsenal"ın hücumçusu Teo Uolkota "elçi" düşüb.
Fransa klubu ingilis futbolçunun keçidi üçün 40 milyon avro təklif edib. "Monako" eyni zamanda gənc futbolçusu Ceyms Rodriqezin Uolkotla dəyişdirilməsi təklifini də irəli sürüb. "Arsenal"ın hansı qərarı verəcəyi böyük maraqla gözlənilir.
Qeyd edək ki, Uolkot daha öncə verdiyi açıqlamasında "Arsenal"dan ayrılmaq istədiyini bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31