Yuri Syomin "Qəbələ"yə görə rus klubundan imtina etdi

"Qəbələ" futbol klubunun baş məşqçisi Yuri Syomin, məşqçilik koreyasını Azərbaycanda davam etdirməyə qərar verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi Rusiyanın "Terek" futbol klubunun məşqçilik təklifini rədd edib. "Sport Inside" nəşri iddia edir ki, Y.Syomini Qroznı komandasına şəxsən Çeçenistan prezidenti Ramzan Kadırov dəvət edib. Lakin 66 yaşlı mütəxəssis Azərbaycan klubunda qalmağa üstünlük verib. Qeyd edək ki, bir neçə gün öncə Ramzan Kadırov Yuri Krasnojanı "Terek"in baş məşqçi postundan istefaya göndərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31