Riberidən yeni rekord
1 Noyabr 2013 12:01 İdman"Bavariya"nın futbolçusu Frank Riberi yeni bir rekorda imza atıb. Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisinin bundesliqada "Herta"nı 3:2 hesabı ilə məğlub etdiyi matçda forma geyən yarımmüdafiəçi bu qələbə ilə Almaniya futbolunun tarixinə düşüb.
Belə ki, Riberinin bundesliqada ard-arda oynadığı 39 matçda komandası məğlub olmayıb. Bununla da, o, "Hamburq"un keçmiş futbolçusu Holqer Hieronumusu geridə qoyaraq bundesliqa tarixində ən uzun müddət məğlubiyyət görməyən oyunçu olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31