"Barselona"nın növbəti hədəfi: Levandovski

"Barselona" qış transferi pəncərəsində "Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovskini heyətinə qatmağa hazırlaşır. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə. Kataloniya klubunun baş məşqçisi Xerardo Martino rəhbərlikdən komandaya yeni hücumçu gətirilməsini istəyib. "Barsa"nın transfer etmək istədiyi oyunçunun polşalı futbolçu olduğu bildirilib.
"Mundo Deportivo" qəzeti isə iddia edib ki, Dortmund təmsilçisi Levandovskinin mövsümün sonunda "Bavariya"ya transferinin qarşısını almaq üçün yanvar ayında onun Kataloniya klubuna getməsinə razılıq verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31