"Monako" Valdeslə danışıqlara başladı
1 Noyabr 2013 19:27 İdmanÖtən mövsüm "Barselona"nın futbolçusu Viktor Valdesi transfer etmək istəyən, ancaq buna nail ola bilməyən "Monako" ispan qapıçını heyətinə qatmaqda israrlıdır.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, klub mövsümün sonunda "Barselona"dan ayrılacaq təcrübəli qolkiperlə yenidən danışıqlara başlayıb.
Bu barədə yayılan xəbərləri bir zaman həm "Barselona", həm də "Monako" forması geyən və ötən il futbolçu karyerasını başa vuran Lüdoviq Jüli də təsdiqləyib: "Monako" Valdeslə danışıqlara başlayıb. O, Fransa klubunun onunla maraqlanmasından məmnun olduğunu mənə söylədi. Valdesin nə qərar verəcəyini bilmirəm. Amma onu "Monako"da görmək istəyərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31