Riberi: "Fransa millisi mundialdan kənarda qalsa..."

Fransa millisinin futbolçusu Frənk Riberi "DÇ-2014"ün pley-off mərhələsində qarşılaşacaqları Ukrayna ilə oyunöncəsi komandasının şanslarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, "Bavariya"nın futbolçusu Fransa millisinin Braziliyada keçiriləcək dünya çempionatında iştirak edəcəyinə inandığını bildirib:
"Fransa millisinin dünya çempinatından kənarda qalmasını güman etmirəm. Əgər komanda mundiala qatıla bilməsə, bu nəinki biz futbolçular, eləcə də bütün ölkə üçün faciə olacaq. Yaxşı ki, ilk oyunumuzu səfərdə keçirəcəyik. Düşünürəm ki, bu bizə əlavə üstünlük verəcək. Mundiala getmək yolunda son səddi keçəcəyimizə inanıram".
Qeyd edək ki, Ukrayna və Fransa komandaları arasında oyunlar 15-19 noyabr tarixində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31