"Atletiko"nun futbolçusu "arzuolunmaz şəxs” elan edildi
31 Oktyabr 2013 13:50 İdman"Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kostanın İspaniya millisini seçməsi ona baha başa gələ bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Braziliya Futbol Federasiyası (BFF) hücumçunun Braziliya vətəndaşlığının əlindən alınması tələbi ilə çıxış edib. BFF-nin hüquq işləri üzrə direktoru Karlos Lopez Kostanın maddiyyatı əsas götürərək İspaniya millsini seçdiyini deyib: "Kosta bizə məktub göndərərək Braziliyanı sevdiyini yazıb. Bu necə sevgidir ki, buranı sevə-sevə İspaniyanı seçir? Biz işimizə hüquqi sahədə davam edəcəyik".
Qeyd edək ki, Kostanın həmçinin Braziliyada qeyri-rəsmi "arzuolunmaz şəxs" elan edildiyi və onun ölkəsinə gələcəyi təqdirdə etirazlara məruz qalacağı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31