Ronaldo “Real”ın əfsanəsini geridə qoydu
31 Oktyabr 2013 18:42 İdman"Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo klub tarixində ən çox qol vuran futbolçular arasındakı mövqeyini daha da gücləndirib.
Qol.Az-ın məlumatına görə, dünən La Liqada "Sevilya" ilə matçda portuqaliyalı oyunçu üç dəfə fərqlənib. Bununla da o, "Real"dakı qollarının sayını 158-ə yüksəldib. Ronaldo bu nəticə ilə əfsanəvi futbolçu Ferens Puşkaşı geridə qoyaraq klub tarixinin ən çox qol vuran 5-ci oyunçusu olub.
Xatırladaq ki, bu siyahıda Raul Qonzales 228 qolla birinci pillədədir.
Qeyd edək ki, "Real" - "Sevilya" matçı meydan sahiblərini 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31