“Barselona” İlkay Gündoğanla danışıqlara başladı
31 Oktyabr 2013 19:56 İdman"Barselona" Dortmund "Borussiya"sının futbolçusu İlkay Gündoğanla danışıqlara başlayıb. Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubunun idman direktoru Andoni Subisarretta artıq alman təmçilsinin nümayəndələri və 23 yaşlı türk yarımmüdafiəçi ilə işgüzar görüş keçirib.
Qeyd edək ki, bundan öncə İspaniya mətbuatı İ.Gündoğanın "Barselona"nın əsas transfer hədəfi olduğunu yazıb.
Yeri gəlmişkən, bu mövsüm türk oyunçu üçün uğurlu keçmir. O, zədəsi səbəbindən cari Almaniya bundesliqasında cəmi bir matça çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31