Maradona: “O, qorxağın biridir"

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona keçmiş kürəkəni olan "Mançester Siti"nin futbolçusu Serxio Aqueranı qorxaq adlandırıb.
Qol.Az-ın məlumatına görə, dünən 53 yaşı tamam olan Maradona bir televiziya proqramına zəng edərək bu dəfə də argentinalı hücumçu haqda mənfi fikirlər səsləndirib.
Belə ki, nəvəsinin vəkalət məsələsi səbəbindən qızı ilə məhkəmə çəkişməsində olan Aquera barədə əfsanəvi oyunçu bunları deyib: "Mən məhkəməyə gəlib kimin haqlı olub-olmadığını deməyəcəm. Aquera kişidirsə, meydana çıxsın. Qızım onun etdiyi kimi kimsədən qorxmamalıdır. Növbəti dəfə orada olacam. Görüm mənim yanımda o bir söz deyə biləcəkmi? Onun adını belə çəkmək istəmirəm. Çünki qorxaqın biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31