“Qarabağ”ın II mərhələdə rəqibi bilindi

Bu matç avqustun 25-26-da keçiriləcək. “Qarabağ” – “Sileks” cütünün qalibi bu oyuna evdə çıxacaq.

Azərbaycan çempionu "Qarabağ"ın avrokuboklardakı növbəti mümkün rəqibi müəyyənləşib.

Olaylar.az xəbər verir ki, bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bəlli olub.

İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın "Sileks" klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Qurban Qurbanovun yetirmələri ilk raundu keçsə, "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) cütünün güclüsü ilə qarşılaşacaq.

Bu matç avqustun 25-26-da keçiriləcək. "Qarabağ" - "Sileks" cütünün qalibi bu oyuna evdə çıxacaq.

Qeyd edək ki, Bakıda baş tutacaq "Qarabağ" - "Sileks" oyunu avqustun 18-i və ya 19-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31