"Real"ın problemi Messi erası bitənə qədər davam edəcək"

"Barselona"nın keçmiş oyunçusu Xristo Stoiçikov yaxın gələcəkdə "Real"ın katalonlarla rəqabət üçün şansı olmadığını düşünür. Goal.az xəbər verir ki, Stoiçkov bunu Messi amili ilə əlaqələndirib. ""Real"ın problemi Messi erası bitənə qədər davam edəcək. Onların futbolçuları da "Barselona"dan geri qaldıqlarını etiraf edirlərsə, bu, narahatlıq doğurmalıdır. Nəyə görə "Barsa"nın La Liqada gedən çempionluq mübarizəsində bir rəqibi olduğunu təxmin edirdik? Hazırda bu baxımdan komandanın əsas rəqibi "Atletiko"dur", - bolqarıstanlı futbol əfsanəsi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31