"Eyfel"dən İbrahimoviçə cavab

Məlum olduğu kimi, PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç Paris klubu ilə müqavilənin uzadılması üçün maraqlı şərt irəli sürüb. Milli.Az sport7.az-a istinadən xəbər verir ki, forvard "Əgər "Eyfel" qülləsinin yerinə mənim heykəlim qoyulsa, onda PSJ-də qalaram" deyib. "Eyfel"in də hücumçuya cavabı gecikməyib. Belə ki, qüllənin rəsmi "twitter" hesabı ilə İbraya cavab verilib: "Zarafatını bəyəndim, İbra! Buradan Paris mənzərəsi çox gözəl görünür. Ancaq qüllə mənimdir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31