""Mançester Siti"dən çempion olaraq ayrılmaq istəyirəm"

"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Dinamo" (Kiyev) ilə qarşılaşacaqları cavab görüşü haqda danışıb. Qol.az xəbər verir ki, çilili mütəxəssis mövsümün sonunda komandadan çempion olaraq ayrılmaq istədiyini bildirib: "Mənim üçün mövsümün sonunda komandadan ayrılmaq və ya ayrılmamaq arasında heç bir fərq yoxdur. Üzərimdə eyni məsuliyyəti hiss edirəm. Komandadan ayrılmağım hədəfimi dəyişmir. Çempionlar Liqası mənim, klub və azarkeşlər üçün çox önəmlidir. Bu səbəbdən "Dinamo" ilə görüşdən sərfəli nəticə ilə ayrılaraq yolumuza davam etməyə çalışacağıq. Gedərkən də komandanı zirvədə buraxmaq istəyirəm. Bunun da ən yaxşı yolu çempion olaraq komandadan ayrılmaqdır".

Qeyd edək ki, 2013-cü ildən "Mançester Siti"ni çalışdıran Peleqrinini mövsümün sonunda Pep Qvardiola əvəzləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31