Qvardiolanın gələcək klubuna rədd cavabı verdi
14 Mart 2016 18:42 İdman"Bavariya"nın müdafiəçisi David Alaba klubu ilə yeni müqavilə imzalayacaq. Goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "Mançester Siti"nin təklifini rədd edib. Avstriyalı futbolçunun Münhen klubuyla 2021-ci ilə kİmi müqavilə imzalayacağı gözlənilir. Onun məvacibi il ərzində 12 milyon avro təşkil edəcək. "Siti" ilə yanaşı, "Real" və "Barselona" da Alaba ilə maraqlanırdı. O, yayda Avstriya millisiylə Avropa çempionatında iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31