Prosineçki Antalyaya 25 futbolçu aparır
14 Mart 2016 18:30 İdmanMartın 21-də Türkiyənin Antalya şəhərinə yollanacaq Azərbaycan milli komandasının təlim-məşq toplanışı və hazırlıq prosesi çərçivəsində Qazaxıstan yığması ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Report bildirir ki, baş məşqçi Robert Prosineçki bir həftə davam edəcək hazırlıq prosesinə 25 futbolçu dəvət edib.
Onlardan 3-ü legionerdir.
ADI, SOYADI KLUBU
Kamran Ağayev İnter
Aqil Məmmədov Neftçi
Səlahət Ağayev Sumqayıt
Tərlan Quliyev Kəpəz
Maksim Medvedev Qarabağ
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Maqomed Mirzabekov Qəbələ
Arif Daşdəmirov Qəbələ
Pavel Paşayev Qəbələ
Ruslan Abışov Qəbələ
Cavid Tağıyev Qarabağ
Rəşad Eyyubov Qəbələ
Qara Qarayev Qarabağ
Elvin Məmmədov Zirə
Əfran İsmayılov Qarabağ
Dmitri Nazarov Karlsruhe (Almaniya)
Rəhman Hacıyev Neftçi
Araz Abdullayev Neftçi
Eddi İsrafilov Kordoba (İspaniya)
Murad Səttarlı AZAL
Ağabala Ramazanov Sumqayıt
Tugrul Erat Fortuna Dusseldorf (Almaniya)
Ruslan Qurbanov Neftçi
Namik Ələskərov Kəpəz
Qeyd edək ki, Qazaxıstanla oyun martın 26-da keçiriləcək.