Bakıya gələn ikiqat dünya çempionu sevgilisindən ayrıldı
14 Mart 2016 19:13 İdmanFormula 1 üzrə 2 qat dünya çempionu Fernando Alonso sevgilisi Lara Alvaresdən ayrılıb. Qafqazinfo xəbər verir ki, 1 il yarım bundan öncə sevgili olan cütlüyün ayrılmasına səbəb Laranın Hondurasa getmək istəyidir. Baxmayaraq ki, Alonso bir neçə ay öncə Maldiv adalarında toy edəcəklərini bildirmişdi.
Qeyd edək ki, Fernando Alonso 1 həftə öncə Bakıya gəlib 17-19 iyulda paytaxtımızda baş tutacaq Formula 1 Qran-prisi öncəsi jurnalistlərin suallarını cavablandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31