Dünyanın ən balaca bodibildinqçisi öldü - FOTO

Dünyanın ən alçaq boylu bodibildinqçisi Dev Aditya Hindistanda 23 yaşında dünyasını dəyişib. Lent.az-ın "The Times of India"ya istinadən verdiyi məlumata görə, Romeo ləqəbli idmançı Pəncab ştatındakı Pxaqvara şəhərində bu gecə adətə uyğun olaraq yandırılıb. 
Limkinin rekordlar kitabına düşmüş Adityanın boyu 80 santimetr, çəkisi 9 kq olub. O, öz bədən quruluşu müqabilində ciddi idman uğurlarına imza atıb. İdmançı bir əli ilə 3 kq-lıq qantel, uzanaraq 6 kq-lıq ştanqın öhdəsindən gəlib. Məşqçisi Rancit Pabla Romeonun ölümünü təkcə Pəncab ştatı deyil, bütün ölkə üçün əvəzolunmaz itki adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31