Boksçu hakimi nokdauna saldı VIDEO

Almaniyada keçirilən peşəkar boks döyüşündə insident yaşanıb.
Almaniyada ağırçəkili boksçular arasında döyüşdə insident yaşanıb. Anspress-in "AllBoxing.ru" saytına istinadən verdiyi məlumata görə, Maykl Sprott və Edmund Qerber arasında keçirilən döyüş 37 yaşlı Sprottun hücumu ilə başlayıb.
Maykl Sprott döyüş ərzində rəqibinin burnunu da qanadıb. Lakin Edmund Qerberin qəfil zərbələrindən biri Maykl Sprottu nokdauna göndərib. Döyüşün referisi isə döyüşü saxlayıb. Bundan qəzəblənən Sprott hakimə hücum çəkib. Rinqə girən mühafizəçilər avstraliyalı hakimi əsəbləşən Sporttun əlindən güclə alıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31