Mourinyo: "Hədəfimiz 6 matçın hamısını qazanmaq deyil, qrupdan çıxmaqdır"

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan portuqaliyalı mütəxəssis əsas hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib: "Dörd böyük çempionatın çempionları bir qrupda cəmləşib. Əsas hədəfimiz 6 matçın hamısını qazanmaq deyil, qrupdan çıxmaqdır. Təbii ki, xallar bir qədər paylanacaq. Ancaq "Real" böyük komandadır. Daha çox motivasiya olsaq və yaxşı oynasaq, bu mövsüm ÇL-də 10-cu çempionluğu qazana bilərik". 
Qeyd edək ki, D qrupunda yer alan "Real" "Mançster Siti" (İngiltərə), "Borussiya" (Dortmund) və "Ayaks" (Hollandiya) klubları ilə mübarizə aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31