Heydər Əliyev adına Dünya kəməri uğrunda boks turniri keçiriləcək

Almaninyanın Halle şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə boks turniri keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, ağır çəkidə "Alman palıdı" ləqəbli Timo Hofmann və Stefan Kretchman Heydər Əliyev adını daşıyan Dünya kəməri uğrunda mübarizə aparacaqlar. Turnir Avrosport telekanalı tərəfindən yayımlanacaq.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan idmançıları birləşdirmək, ulu öndər Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımızla dostluq əlaqələrini möhkəmləndirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31