Ronaldo UEFA-nı hədələdi

Futbolçu Beynəlxalq Futbol Qurumunun qərarına etiraz edir

Portuqaliya yığması və Madridin "Real" klubunun futbolçusu Kriştiano Ronaldo UEFA-nı tənqid edib. ANS PRESS-in məlumatına görə, futbolçu "Barselona"nın futbolçusu Andres İnyestanın "ilin ən yaxşı futbolçusu" seçilməsi qərarı ilə razı deyil. K. Ronaldo UEFA-nın onun bayrağı altında təşkil edilən tədbirlərə qatılmayacağı ilə hədələyib.
"Əgər siz mənə mükafatı verməsəniz, mən bir daha burda olmayacağam", - deyə Ronaldo bildirib.
Xarıtladaq ki, "ilin ən yaxşı futbolçusu" mükafatının təqdimatı mərasimində Kriştiano Ronaldonun rəftarı UEFA-nın prezidenti Mişel Platinin xoşuna gəlməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31